SON DƏQİQƏ! Moskvada metal anqar yanır


Digərləri 16 May 2019 18:48:00 212 0

SON DƏQİQƏ! Moskvada metal anqar yanır

Yeni Moskvada metal anqarda yanğın başlayıb.

Bakı. Yeni Moskvada metal anqarda yanğın başlayıb. Trend-in məlumatına görə, anqarın sahəsi 300 kvadratmetr təşkil edir. Fövqəladə Hallar Xidmətindən bildiriblər ki, anqarda qaz balonlarının olması ehtimal edilir. Bu səbəbdən çoxlu sayda yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub. Hazırda yanğının qarşısını almaq üçün operativ tədbirlər görülür. Hadisənin səbəbləri hələ məlum deyil.