Bədii gimnastika üzrə 35-ci Avropa çempionatının möhtəşəm açılış mərasimindən FOTOREPORTAJ


Digərləri 16 May 2019 18:07:01 170 0

Bədii gimnastika üzrə 35-ci Avropa çempionatının möhtəşəm açılış mərasimindən FOTOREPORTAJ

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

Bakı. Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb. Trend-in məlumatına görə, ilk öncə Avropa Çempionatında iştirak edəcək ölkələrin bayraqlarının paradı baş tutub. Azərbaycanın dövlət himni Əməkdar artist Sevda Ələkbərzadənin ifasında səslənib. Daha sonra möhtəşəm gimnastika şousu təqdim olunub. Milli Gimnastika Arenasında tamaşaçılar "Bizim super qəhrəmanlar" adlı maraqlı tamaşaya baxıblar. Tamaşanın süjetində iki paralel dünyadan olan Su və Alov qardaşlarının oyunu durur. Su adam qardaşına qalib gələrək 8 medal qazanır. Qəzəblənmiş qardaşı onu insanlar yaşayan dünyaya qovur. Bu dünyada Su adam super qəhrəmanların komandası ilə tanış olur. Məhz yeni dostları ona öz dünyasına qayıtmağa və qardaşına qalib gəlməyə kömək edirlər. Təşəkkür nişanı olaraq Su adam medalları dostları arasında bölüşür, sonuncu medalı isə qardaşına bağışlayır. Qeyd edək ki, həmin 8 medal Bakıda keçirilən Avropa çempionatında oynanılan medallar dəstini rəmzi şəkildə təsvir edir. Tamaşa rəngli, milli geyimlərlə, mürəkkəb hərəkətlərlə tamaşaçıları heyran edir.