Prezident İlham Əliyev körpülərin bərpasına 6,4 milyon manat ayırdı


Siyasət 16 May 2019 17:15:00 238 0

Prezident İlham Əliyev körpülərin bərpasına 6,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.