Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib


Siyasət 16 May 2019 16:31:00 209 0

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed Co" şpris istehsalı zavodunun açılış mərasimində iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesi ilə tanış oldu.

Sonra Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.