Azyaşlı uşaq bağçasına narkotik gətirdi


Digərləri 16 May 2019 16:34:28 179 0

Azyaşlı uşaq bağçasına narkotik gətirdi

ABŞ-ın Filadelfiya ştatında 5 yaşlı oğlan uşaq bağçasına narkotik vasitə gətirib.

Bakı. ABŞ-ın Filadelfiya ştatında 5 yaşlı oğlan uşaq bağçasına narkotik vasitə gətirib. Trend-in məlumatına görə, bağçada tərbiyəçi özünü qəribə aparan azyaşlıya yaxınlaşıb, sorğu-sualdan sonra onun cibində bağlamaya bükülü narkotik vasitə - krek aşkar edib. Dərhal uşaq bağçasına polis dəvət olunub. Uşaq küçədə bir nəfərin ona yaxınlaşaraq bu paketi verdiyini və uşaq bağçasında gizlətməyi tapşırdığını deyib. İnsidentlə bağlı hələ saxlanılan yoxdur.