İstanbulda avtoxuliqan 7 şagirdi vurdu


Dünya 16 May 2019 16:08:00 285 0

İstanbulda avtoxuliqan 7 şagirdi vurdu

İstanbulun Büyükçekmece rayonunda dar küçədə sürücü 7 şagirdi yaralayıb.

Son.az-ın ONA-ya istinadən məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən avtoxuliqan 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi vurub. O, şagirdləri bağça divarına sıxışdıraraq əzib.

Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.

Sürücü həbs edilib.