23 yaşlı Şölə intihar edib, yoxsa zorlandıqdan sonra 20ci mərtəbədən buraxılıb?


Dünya 16 May 2019 15:55:00 275 0

23 yaşlı Şölə intihar edib, yoxsa zorlandıqdan sonra 20ci mərtəbədən buraxılıb?

Mayın 29-da Ankarada plazaların birinin 20-ci mərtəbəsindən düşərək dünyasını dəyişən tələbə Şölə Çətinin ölüm işi üzrə məhkəmədə qalmaqallı məqamlar üzə çıxıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 23 yaşlı gənc qızın intihar etmədiyi, binadan atıldığı iddiaları var.

Məhkəmədə şübhəli şəxs qismində ifadə verən Çağatay Aksu Şölənin atasına xitab edərək "qızına sahib çıxaydın" söyləyib.

O, ilk məhkəmə prosesində də qızın atasının bank hesablarının araşdırılmasını tələb etmişdi və övladına pul göndərmədiyi üçün onun intihar etdiyi iddiasını irəli sürmüşdü.

Çətin ailəsinin vəkili Umur Yıldırım isə deyib ki, şübhəlilər içki qədəhlərini yuyublar, kompüterin saatını dəyişdiriblər, amma qızın düşdüyü an binadakı siqnal səsləri onların planlarını pozub:

"Şölənin atası pul göndərmədiyi üçün intihar etdiyi deyilir. Hansımız atamız pul göndərmədiyi üçün intihar edirik?"

Ç.Aksunun vəkili isə bildirib ki, gənc qızın istifadə etdiyi dərman 24 yaşdan aşağı insanları intihara təhrik edir.

Şölənin rəfiqəsi isə ifadəsində bildirib ki, Çağatay qıza təcavüz edib: "Bunu mənə özü danışmışdı. Mən də demişdim ki, səbrli ol, hər şey keçib gedəcək".