Yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 16 May 2019 15:41:00 201 0

Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.