Avtobus sürücüləri niyə döyülür?


Digərləri 16 May 2019 14:46:00 56 0

Avtobus sürücüləri niyə döyülür?

Avtobus sürücülərinin döyülməsi mənzərəsi ilə dəfələrlə rastlaşsaq da, hələ də nəticə çıxara bilmirik. İctimai nəqliyyatda neqativ hallardan sayılan sürücü-sərnişin davaları həmişə cəmiyyətin diqqətindədir və qınaqla qarşılanır. Baş verən son belə hadisə 91 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb. Sürücünün haqlı iradını qəbul etməyən sərnişin ona xəsarət yetirib. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb. Habil Musayev - sürücü: "Saxladım, dedi arxa qapını aç, minim. Dedim yer yoxdu, sərnişinlər də dedi ki, qabaq qapı boşdu gəl min. Minmədi, mən də sürdüm, sonra gəlib saxladı məni vurdu". Həmin sərnişin daha sonra taksi ilə avtobusun qarşısını kəsir və həmin sürücüyə nalayiq ifadələr işlədir, bu, azmış kimi ona qarşı zor da tətbiq edir. İctimai nəqliyyatda yaşanan mübahisələrə görə əksər hallarda avtobus sürücüləri günahlandırılır. Lakin yaranan mübahisələrdə sərnişinlərin də payı az olmur. Avtobusu dayancaqdan kənarda saxlatmaq istəyi kimi əsassız tələblər də sürücüləri çətin vəziyyətə salır. Mütəxəssislər deyir ki, avtobus ictimai nəqliyyat sayıldığından cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik edən belə şəxsləri daha sərt cəzalandırmaq lazımdır. Paralel olaraq da maarifləndirmə işlərinə də ehtiyac var. Elməddin Muradlı - ekspert: "Onları ictimai işlərə cəlb edib, küçə süpürtdürməli, şəkillərini, videoları yaymaq lazımdır ki, başqalarına örnək olsun. Görüb çəkinsinlər" Məsələnin digər tərəfi sürücünün hüquqlarının pozulması, onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməsi ilə bağlıdır. Son dövrlər əksər şəhərdaxili avtobusların kameralarla təchiz edilməsi, belə işlərin araşdırılmasını asanlaşdırıb və sürücülərə qarşı zor tətbiq edən sərnişinlər də hüquqi müstəvidə cəzalarını alırlar. Anar Ramazanov - vəkil: "Cəmiyyətə qarşı açıq hörmətsizlik olduğundan burada xuliqanlıq əməli var. Eyni zamanda CM-sinin 126, 127, 221-ci maddələrinin tərkibi yaranır" Müxəsəssislər deyir ki, bu kimi halların qarşısını almaq üçün aidiyyəti qurumlar profilaktiki işləri artırmalı, eyni zamanda bütün avtobus xətlərində qaydalara uyğun xidmət göstərməsinə nəzarət etməlidir.


Xəbərə aid foto

Dövlət orqanlarında işləmək istəyənlərin nəzərinə like
  • 16 May 14:42  
Digərləri Dövlət orqanlarında işləmək istəyənlərin nəzərinə

Dövlət qulluğunun A (inzibati rəhbər) və B (inzibati icraçı) növünə a

arrow Ətraflı
Azərbaycanlı aktyora ağır itki like
  • 16 May 14:37  
Digərləri Azərbaycanlı aktyora ağır itki

Aktyor Tərlan Nuryaşara ağır itki üz verib.

arrow Ətraflı
Keşlə 13 futbolçu ilə yolları ayırdı like
  • 16 May 14:36  
İdman Keşlə 13 futbolçu ilə yolları ayırdı

"Keşlə" klubu 13 futbolçu ilə yollarını ayırıb.

arrow Ətraflı
İşıq limitinə baxılması üçün araşdırmalar aparılır like
  • 16 May 14:33  
Digərləri İşıq limitinə baxılması üçün araşdırmalar aparılır

Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq li

arrow Ətraflı
Azərbaycana gələn İran vətəndaşında psixotrop maddə tapıldı like
  • 16 May 14:28  
Digərləri Azərbaycana gələn İran vətəndaşında psixotrop maddə tapıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə

arrow Ətraflı
Aptekdən oğurluq edənlər saxlanıldılar like
  • 16 May 14:24  
Kriminal Aptekdən oğurluq edənlər saxlanıldılar

Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində

arrow Ətraflı
Sumqayıtda Regional Vəkil Bürosu açılacaq like
  • 16 May 14:21  
Digərləri Sumqayıtda Regional Vəkil Bürosu açılacaq

Mayın 21-də Sumqayıtda Regional Vəkil Bürosunun açılış mərasimi baş t

arrow Ətraflı
SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq like
  • 16 May 14:16  
Digərləri SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq

Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkista

arrow Ətraflı
Ələtdə narkotik tacirləri tutuldular  FOTO like
  • 16 May 14:15  
Kriminal Ələtdə narkotik tacirləri tutuldular FOTO

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Böl

arrow Ətraflı
"Günay adam tutub məni öldürtmək istəyirdi" like
  • 16 May 14:10  
Şou-biznes "Günay adam tutub məni öldürtmək istəyirdi"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın keçmiş əri Tol

arrow Ətraflı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı like
  • 16 May 14:05  
Digərləri Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük

arrow Ətraflı