SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq


Digərləri 16 May 2019 14:16:14 230 0

SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq

Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb

Bakı. Ləman Zeynalova - Böyük Britaniyanın “BP Exploration”, Azərbaycanın SOCAR və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb. Trend-in məlumatına görə, sənəd Aral dənizinin Özbəkistan hissəsində, Sams-Kosbulak və Bayterek investisiya bloklarında geologiya-kəşfiyyat işlərini nəzərdə tutur. Xatırladaq ki, “Uzbeknefteqaz” BP və SOCAR ötən ilin mayında geologiya-kəşfiyyat işləri ilə əlaqədar iki memorandum imzalamışdı. Bu memorandumlar SOCAR-da özbək mütəxəssislərin hazırlanmasını, eləcə də “Uzbeknefteqaz”ın Azərbaycanda şelf layihələrində iştirakını nəzərdə tutur.