"Günay adam tutub məni öldürtmək istəyirdi"


Şou-biznes 16 May 2019 14:10:00 293 0

"Günay adam tutub məni öldürtmək istəyirdi"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın keçmiş əri Tolqa Karellə bağlı verdiyi açıqlama cavabsız qalmayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, boşandıqdan sonra başqa bir qadınla evlənib, ABŞ-a köçən aktyor keçmiş arvadı haqda şok iddialar irəli sürüb. O bildirib ki, Günay onu öldürtmək istəyib:

"Məni öldürməsi üçün tutduğu adamın tapılıb, hazırda həbsxanada olduğunu da dedi? Ya da "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyərək, boşanmanı bir il uzatdığını?

Evimi kirayə vermişdim, qalan insanlar zəng etdilər ki, mənzildən cadular tapdıq. Daha nələri deyim?dediklərimin hamısının sübutu var.

Müqəddəs ayda namaz qılıram, Allaha şükür edirəm ki, məni belə bir qadından xilas etdi. Mənim üçün o, bir ölüdür. Cahangir mənim oğlumdur. Amma gün gələcək gerçəkləri öyrənəcək və onun yanında bir dəqiqə belə qalmayacaq. Deyəcəklərim bu qədər. Vaxtı gələndə, Cihangir doğru yolu görəcək. Həmin ana qədər səbirlə gözləyəcəm".