ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi


Dünya 16 May 2019 13:34:00 229 0

ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi

ABŞ Konqresi Türkiyəni Rusiyanın "S-400" zenit-raket komplekslərini almasından daşındırmaq üçün Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb.

Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə, Nümayəndələr Palatasının üzvləri Rəcəb Tayyip Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək hərbi əməkdaşlığa (Moskva ilə - red.) son qoymağa səsləyib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı qurban verməyəcəyini və zenit-raket komplekslərinin ölkəyə gətirilməsini ertələmək fikrində olmadıqlarını bildirib.