Brüsseldən Moskvaya olan təyyarə reysi təxirə salınıb - SƏBƏB?


Digərləri 16 May 2019 13:37:00 226 0

Brüsseldən Moskvaya olan təyyarə reysi təxirə salınıb - SƏBƏB?

Brüsseldən Moskvaya uçan "Aeroflot"un reysi təxirə salınıb.

Bakı. Brüsseldən Moskvaya uçan "Aeroflot"un reysi təxirə salınıb. Trend-in məlumatına görə, bu, Belçikada dispetçerlərin tətili ilə əlaqədardır. Qeyd olunur ki, ümumilikdə Brüsselin "Zaventem" hava limanında artıq 60-dan çox reys təxirə salınb. Tətil səhər saat 9:30-dan 13:00-a qədər təyin olunub. Belçikanın digər aeroportarında təxirə salınan reyslərin dəqiq sayı hələ ki qeyd edilmir.