ABŞ "Falcon 9"un səmaya buraxılışını dayandırdı


Dünya 16 May 2019 13:11:00 234 0

ABŞ "Falcon 9"un səmaya buraxılışını dayandırdı

Amerikanın "SpaceX" şirkəti 60 peyklə birgə səmaya qalxacaq "Falcon 9" raket daşıyıcısının buraxılmasını təxirə salıb. 

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətdən bildiriblər.

Səbəb olaraq isə hava şəraiti qeyd edilib. Belə ki, güclü külək səbəbindən raket daşıyıcısının səmaya buraxılması məqsədəuyğun sayılmayıb.

Şirkət rəhbəri İlon Mask özünün "Twitter" səhifəsində qeyd edib ki, bu peyklər "SpaceX" üçün ən ağır yük olacaq, belə ki ümumi çəkisi 18,5 ton təşkil edir.