Qarabağ Ajax-la qarşılaşa bilər


İdman 16 May 2019 12:52:00 272 0

Qarabağ Ajax-la qarşılaşa bilər

2019/2020-ci illər mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Qarabağ-ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib. Bu, Valletta-nın səbətinin dəqiqləşməsi ilə baş verib. Malta çempionu səpələnməmişlər səbətində yer alacağı üçün Qarabağ-ın potensial rəqibləri sırasındadır. Bu siyahıya daha 6 klub əlavə ediləcək:

Valletta (Malta), CFR Cluj (Rumıniya), Ferencvaros (Macarstan), Nomme Kalju (Estoniya), Partizani (Albaniya), Valur (İslandiya), Linfield (Şimali İrlandiya), Torshavn (Farer adaları), Riga (Latviya), Saburtalo (Gürcüstan).

Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, yenə səpələnmişlər sırasında yer alacaq.

III mərhələdə isə Qarabağ böyük ehtimalla səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər yaşanmalıdır.  III mərhələdə səpələnmişlər sırasında yer alıb, rəqiblərini gözləyən ilk komanda da bəllidir. Bu, Çempionlar Liqasında son mövsümün yarımfinalçısı, ötən gün Hollandiyada çempionluğunu rəsmiləşdirən Ajax-dır.