Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək


Digərləri 16 May 2019 12:57:00 175 0

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək

Bakı. Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mayın 31-də saat 09:00-da İsmayıllı şəhərində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək. Trend-in məlumatına görə, mayın 31-də, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Oğuz şəhərində, nazir müavini Rauf Hacıyev isə Şəki şəhərində yerli sakinlərlə görüşəcək. Vətəndaşların qəbulu Oğuz meşəbəyliyinin (Oğuz şəhəri, Heydər Əliyev prospekti 9) və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binalarında (Şəki şəhəri, Salman Mümtaz 23) saat 09:00-da keçiriləcək.