Ukraynada 32 yaşlı azərbaycanlını zavodda güllələdilər


Dünya 16 May 2019 12:48:00 219 0

Ukraynada 32 yaşlı azərbaycanlını zavodda güllələdilər

Ukraynanın Jitomirsk vilayətində naməlum şəxslər Azərbaycan vətəndaşını güllələyiblər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "UNN" portalına hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident "Kamennıy Brod" kəndindəki daş emalı zavodlarının birində qeydə alınıb. İki naməlum şəxs odlu silahla bu müəssisənin işçisinə atəş açıblar. 1987-ci il təvəllüdlü azərbaycanlı hadisə yerində dünyasını dəyişib.

Cinayətkarlar motosikletə minərək hadisə yerindən qaçıblar.