Arterial qanaxmanı dayandıra bilən gel yaradıldı – VİDEO


Digərləri 16 May 2019 12:30:00 223 0

Arterial qanaxmanı dayandıra bilən gel yaradıldı – VİDEO

Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, aparılan tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb.

Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.