Bakıda əməliyyat: üzərində silah və narkotik gəzdirən şəxs tutuldu


Kriminal 16 May 2019 12:39:00 209 0

Bakıda əməliyyat: üzərində silah və narkotik gəzdirən şəxs tutuldu

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan" markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.