Ələtdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə aşkarlanıb (FOTO)


Digərləri 16 May 2019 12:29:00 164 0

Ələtdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan dəstə aşkarlanıb (FOTO)

Polis əməkdaşları Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı kompleks əməliyyat tədbiri keçiriblər

Bakı. Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə qəsəbə sakinləri əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədi ilə araşdırmalar davam etdirilir. Adları çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.