Vüsal Qasımlı: "Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır"


Digərləri 16 May 2019 12:25:00 240 0

Vüsal Qasımlı: "Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır"

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunkasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik" mövzusunda FINTEX sammitində deyib.

O qeyd edib ki, ənənəvi bankçılıq maliyyə texnologiyalarının istifadəsini genişləndirməli və açıq bankçılığa sürətli keçidi təmin etməlidir.

V.Qasımlı əlavə edib ki, Asiya və Cənubi Amerika bazarlarında maliyyə texnologiyaları sürətlə inkişaf edir:

"Proqnozlara görə, 2024-cü ilədək maliyyə texnologiyaları bazarı 60 milyard dollara çatacaq və Asiya bu istiqamətdə vacib yer tutacaq".