Nazir: Azərbaycan inkişafın yeni mərhələsindədir


Digərləri 16 May 2019 11:56:00 194 0

Nazir: Azərbaycan inkişafın yeni mərhələsindədir

Azərbaycan inkişafın yeni mərhələsindədir, ölkədə islahatlar uğurlar reallaşdırılır, iqtisadiyyat liberallaşdırılır və genişlənir

Bakı. Xeyrəddin Nəsirzadə - Azərbaycan inkişafın yeni mərhələsindədir, ölkədə islahatlar uğurlar reallaşdırılır, iqtisadiyyat liberallaşdırılır və genişlənir. Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib. O bildirib ki, ölkədə ixrac potensialının güclənməsi, əlverişli investisiya mühitinin formalaşması, innovasiya texnologiyaların inkişafı üzrə ciddi iş aparılır: “Hazırda ölkənin maliyyə texnologiyaları sektorunda müxtəlif startaplar və iri şirkətlər fəaliyyət göstərir”.