İslamda at əti halal, eşşək əti haramdır


Digərləri 16 May 2019 11:21:00 353 0

İslamda at əti halal, eşşək əti haramdır

İslam dinində mübahisə mövzularından biri də at və eşşək ətinin halal olub-olmaması ilə bağlıdır.

İslam alimlərinin bu məsələdə fikir ayrılıqları var.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyatçı Əhməd Niyazov modern.az-a deyib ki, İslam dinində eşşək ətinin istifadəsi qadağandır. 

Bildirib ki, at ətinə gəldikdə isə, onun istifadəsi caizdir, ancaq xalq arasında "at əti haramdır" deyə bir anlayış var.

Səbəbi budur ki,  o dövrdə at müharibə vasitəsi idi. Buna görə də at ətinin yeyilməsi xoş olmaz, məkruhdur. Amma "haramdır" deməyiblər.

İlahiyyatçı qeyd edib ki, o dövrdə atların sayının azalmaması və nəslinin kəsilməməsi üçün onlar yeyilmirdi.