Əcnəbi kürəkənlər


Digərləri 16 May 2019 11:26:00 244 0

Əcnəbi kürəkənlər

Son illər ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah  bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

2019-cu ilin 2 ayı ərzində isə ölkədə 8238 nikah qeydə alınıb ki, bunlardan 274-ü əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında bağlanıb. Şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.

Rəqəmlərdən göründüyü kimi əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar kişilərdən çoxdur.

Bunun səbəbləri barədə modern.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb.

Qızlarımızı xaricə aparan səbəblər...

M.Zeynalova bildirib ki, azərbaycanlıların əcnəbilərlə nikaha daxil olmasının bir neçə səbəbi var:

"Azərbaycan qadınları bir çox hallarda zorakılıq hallarından qorunmaq üçün əcnəbiyə ərə gedirlər. Amma əcnəbilərlə ailə qurmağın sonrakı aqibətini düşünmürlər. Mən demirəm bütün əcnəbilərlə qurulan ailələr dağılır. Amma ümumi nisbətdə əcnəbilərlə qurulan ailələr uğurlu olmur.

Bizim qızlarımız düşünür ki, xaricə gedən kimi bütün arzularını gerçəkləşdirmək asan olacaq, daha çox azadlıq əldə edəcələr, imkanları genişlənəcək, daha çox pul əldə edəcəklər, hüquqları qorunacaq, sərbəst olacaqlar. Amma hər bir ölkənin özünün ailə modeli, ailə münasibətləri, statusları var. Buradan gedənlər də məhz onlara tabe olur".

"Əcnəbilərlərə ərə gedən qadınlarımız çoxdur"

Qadın hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbilərə ərə gedən qadınların sayı rəsmi rəqəmlərdəkindən də çoxdur: