“Gilan Holding” daha çox çeşiddə məhsul ilə Bakı Ekspo Mərkəzində təmsil olunur (FOTO)


Digərləri 16 May 2019 11:00:00 209 0

“Gilan Holding” daha çox çeşiddə məhsul ilə Bakı Ekspo Mərkəzində təmsil olunur (FOTO)

“Gilan Holding” 15 - 17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində təmsil olunur.

Bakı. Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sahələrində aparıcı şirkətlər sırasında xüsusi yer sahibi olan “Gilan Holding” 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində təmsil olunur. Holdingə daxil olan “Gilan Agro & FMCG” portfeli daxili stendlər və açıq havada yerləşən pavilyonlarında müxtəlif brendlər altında istehsal olunan məhsullarını, eləcə də heyvandarlıq təsərrüfatı nümunələrini təqdim edir. Aqrar sahədə innovasiyaların tətbiqi ilə seçilən, məhsulların keyfiyyətinin artırılması üzərində daima çalışan “Gilan Aqro & FMCG” portfelinə aid geniş stendlərdə süd və süd məhsulları, qazlı və qazsız su, şirələr və konservləşdirilmiş məhsullar, hazır qida, yem, çay növləri və digər məhsullar sərgi iştirakçılarına və qonaqlara nümayiş olunur. Ölkənin bölgələrində yerləşən tarlalarda xüsusi diqqət ilə yetişdirilən meyvə və tərəvəzlərin, heyvandarlıq müəssisələrdə beynəlxalq standartlara uyğun saxlanılan mal-qara növlərinin və digər məhsulların müxtəlifliyi əhalinin, iş adamların və xarici qonaqların xüsusi marağını cəlb edir. Ötən il ilə müqayisədə, bu il sözügedən sərgilərdə Holdingə aid daha geniş çeşiddə məhsullar təqdim olunub. Bu da onların həm əhalı tərəfindən yaxından tanınmasına, həmçinin xarici şirkətlərlə gələcək faydalı əməkdaşlığın qurulmasına imkanlar yaradır.