Madonna etirazçıların istəyinə məhəl qoymadı


Digərləri 16 May 2019 10:31:00 217 0

Madonna etirazçıların istəyinə məhəl qoymadı

Dünyaca məşhur müğənni Madonna İsraildədir

.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, mayın 18-də "Eurovision"un finalında qonaq ulduz kimi səhnəyə çıxacaq.

Sənətçi gecə saatlarında şəxsi təyyarəsi ilə "Ben Guiron" hava limanına gəlib. Onu 135 nəfərlik komandası müşayiət edib. Pop ifaçısı aeroportdan birbaşa qaldığı "Dan" Hotelinə gedib. Bu məqamda bildirək ki, hotelin 5-ci mərtəbəsi tamamilə Madonna üçün ayrılıb.

Xatırladaq ki, "Eurovision"u boykot edən aksiyaçılar Madonnaya məktub ünvanlamış, sənətçinin çıxışdan imtina etməsini xahiş etmişdilər. Lakin müğənni "Musiqini siyasətə alət etməyəcəm" cavabını vermişdi.