Şanxayda bərpa olunan bina uçdu - Altında qalanlar var


Digərləri 16 May 2019 10:23:00 245 0

Şanxayda bərpa olunan bina uçdu - Altında qalanlar var

Şanxayda bərpa olunmaqda olan bina uçub.

Bakı. Şanxayda bərpa olunmaqda olan bina uçub. Trend-in məlumatına görə, hadisə zamanı dağıntılar altında 10 nəfər qalıb. Dərhal aparılan xilasetmə tədbirləri nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir. Məlumata görə, Çannin rayonunda yerləşən binanın naməlum səbəbdən tavanı çöküb, bundan sonra bina uçub. Binada bir müddətdir bərpa-rekonstruksiya işləri aparılırmış.