Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır


Digərləri 16 May 2019 10:29:00 217 0

Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır

Bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib

Bakı. Bu ilin ilk dörd ayı ərzində Gürcüstana 2,2 milyon xarici vətəndaş səfər edib. Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən məlumat verir. Qeyd olunur ki, bunlardan 1,9 milyon nəfəri turist qismində səfər edib. Bu müddət ərzində ölkəyə səfər edənlər arasında Azərbaycan vətəndaşları birinci yerdə qərarlaşıb.