Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb


Digərləri 16 May 2019 10:13:00 245 0

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.

Bakı. Xeyrəddin Həsənzadə - Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb. Bunu Trend-in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.