Anası "Emin 444"ün "morqda" çəkilən görüntülərini göstərdi FOTO


Kriminal 16 May 2019 09:59:00 302 0

Anası "Emin 444"ün "morqda" çəkilən görüntülərini göstərdi  FOTO

Bakıda kriminal dairələrdə "Emin 444" və "Emin Massalinksi" ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərov torpağa tapşırılıb.

Son.az buta.media-ya istinadla xəbər verir ki, E.Səfərovun anası "morqdan" görüntüləri təqdim edib.

O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib:

"Mənim oğlumun bağırsaqlarını yerə tökən azadlıqda gəzməməlidir", - qadın müraciət edərək deyib.

Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən - 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.


Xəbərə aid fotolar