“Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu “78 bıçaq vurublar” FOTO


Kriminal 16 May 2019 09:36:00 53 0

“Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu  “78 bıçaq vurublar”  FOTO

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Son.az xəbər verir ki, bu haqda "Yeni Müsavat"a daxil olan məlumatı Binəqədi Rayon Prokurorluğundan təsdiqləyiblər. Bildiriblər ki, hazırda qətllə bağlı istintaq davam edir. Qəddar qətldə iştirak etmiş şəxslərin dairəsinin müəyyən olunması və hər bir iştirakçının istintaqa cəlb edilməsi üçün intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Öldürülən Emil Səfərovun anası Məlahət Səfərova qətllə bağlı açıqlama verib, baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb: "Mənim oğluma qarşı cinayətin təşkilatçısı Zaur Yusifovun atasıdır. Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar".

Məlahət Səfərova deyir ki, oğlunun qətlindən əvvəl oğlu Emin Səfərovla Zaur Yusifovun arasında mübahisə olub: "Hadisədən bir neçə saat əvvəl Zaur oğlum Emillə mübahisə edib. Emil ona deyib ki, sələm məsələsini yığışdır. Camaatı incitməyin. Bundan bir neçə saat sonra Zaurun atası Əli oğlumun yanına gəlib. Həmin vaxt oğlum dostları ilə 6-cı mikrorayonda parkın qarşısında olub. Əli oğluma deyib ki, Emin, gəl gedək əmi-bala söhbət edək. Bunun şahidləri Eminin dostlarıdır. Onlar maşına minib birgə getmək istəyiblər. Əli Yusifov deyib ki, siz maşından düşün. Orada kamera var. Şahidlər gedib ifadə də veriblər. Bu gün Əli Yusifov ortalıqda gəzir. Bu adam oğluma qarşı cinayətin birbaşa təşkilatçısı, iştirakçısıdır. Zakir Qaralovdan xahiş edirəm, bu işi nəzarətə götürsün".

Məlahət Yusifova deyir ki, Həsən Tağıyev Yusifovların işlərini görən adamdır: "Həsən bədbəxt adamdır. Onu məcbur ediblər, cinayəti boynuna götürüb. Həsən Zaur Yusifovdan asılı adamdır. Zaur onu məcbur edib və o da bu cinayəti boynuna götürüb. Amma bir balaca araşdırma apardılar, gördülər ki, Həsən, sadəcə, iştirakçıdır. O,  boynuna alıb ki, Zamin Eminin maşınında arxa oturacağa əyləşdi. İpi Emilin boynuna atıb. Bundan sonra atası Əli Emilin üzünə sillə vurub. Zaur bıçaqla vurmağa başlayıb. Emin maşından düşmək üçün cəhd göstərirmiş. Zaur başlayıb daha tez-tez vurmağa. Bundan sonra Zaur Həsənə də qışqırıb ki, sən də vur. O da bıçaqla vurmağa başlayıb. Həsən Zaurun uşaqlarını məktəbə aparan, həyətində yer belləyən adam idi. O deyib ki, Emini bıçaqlayandan sonra maşından düşürüblər. Yerdə olanda da Həsənə deyiblər ki, sən də vur. Bundan sonra da məcbur ediblər ki, 102-yə zəng vur, biz səni həbsdən qurtaracağıq. Həsən deyib ki, Zaur üstünə qışqırandan sonra Emilin ayağına və qoluna bir neçə bıçaq vurub. Həsənin bu ifadəsindən başqa şahidləri də var ki, cinayətdə Əli Yusifovun, Zamin Yusifovun, bacısı oğlu Vüqarın iştirak etdiyini - cinayəti əvvəldən axıra qədər görüblər. Xahiş edirəm ki, cinayət işini baş prokuror Zakir Qaralov şəxsi nəzarətinə götürsün. Əli Yusifov, onun qızının oğlu Vüqar, digər oğlu Zamin Yusifov cinayətin iştirakçılarıdır. Bu adamların həbsini tələb edirəm".

Qeyd edək ki, mərhum Emin Səfərovun xalası oğlu Royal Əkbərov da bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: "Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi".


Xəbərə aid fotolar

Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının
4-cü iclası keçiriləcək like
  • 16 May 09:35  
Digərləri Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

Sabah Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü

arrow Ətraflı
Korsikaya güclü qar yağıb  VİDEO like
  • 16 May 09:27  
Dünya Korsikaya güclü qar yağıb VİDEO

Fransanın Korsika adasına güclü qar yağıb

arrow Ətraflı
Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı like
  • 16 May 09:23  
Digərləri Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin v

arrow Ətraflı
Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri like
  • 16 May 09:23  
Digərləri Mayın 16-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 16 may tarixindən etibarən valyuta məzənnələr

arrow Ətraflı
Çin “Wikipedia”nı blokladı like
  • 16 May 09:18  
Dünya Çin “Wikipedia”nı blokladı

Çin hakimiyyəti "Wikipedia" onlayn ensiklopediyaya bütün dillərd

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 16 May 09:14  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub

arrow Ətraflı
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı like
  • 16 May 09:08  
Siyasət Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Atəşkəs 25 dəfə pozulub like
  • 16 May 09:03  
Digərləri Atəşkəs 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
“Jiquli” zərbəyə davam gətirməyib – like
  • 16 May 08:58  
Digərləri “Jiquli” zərbəyə davam gətirməyib –

Yasamal rayonunda baş verən yol qəzası zamanı 4 nəfər yaralanıb.

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 16 May 08:57  
Digərləri Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ayın ölçüləri kiçilir və bu böyük zəlzələlərə like
  • 16 May 08:53  
Digərləri Ayın ölçüləri kiçilir və bu böyük zəlzələlərə

Araşdırmalar nəticəsində məlum olub ki, yerin təbii peyki olan Ayın öl

arrow Ətraflı
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək like
  • 16 May 08:51  
Digərləri Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “A

arrow Ətraflı
Microsoft Office 365in auditoriyası 214 milyon nəfər təşkil edir like
  • 16 May 08:51  
Digərləri Microsoft Office 365in auditoriyası 214 milyon nəfər təşkil edir

Artıq 900 milyon qurğu "Windows 10" əməliyyat sisteminin idarəetm

arrow Ətraflı