Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı


Digərləri 16 May 2019 09:23:00 175 0

Baş nazir orta ixtisas təhsili ilə bağlı qərar imzaladı

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" qərara dəyişiklik edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla "Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiqlənib.

Qərara görə, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.