Microsoft Office 365in auditoriyası 214 milyon nəfər təşkil edir


Digərləri 16 May 2019 08:51:00 214 0

Microsoft Office 365in auditoriyası 214 milyon nəfər təşkil edir

Artıq 900 milyon qurğu "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir, amma "Microsoft Office 365" ofis proqramları paketi hələ ki belə nəticə ilə öyünə bilmir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Microsoft"un baş direktoru Tren Qriffin bildirib ki, dünyada 214 milyon istifadəçi "Microsoft Office 365" ofis proqramları paketindən istifadə edir. Bu, "Spotify" (107 milyon) və "Amazon" xidmətlərinin istifadəçilərinin sayından (101 milyon) çoxdur. "Office 365"-in auditoriyasının əksəriyyəti biznes istifadəçiləridir, fərdi istifadəçilərin sayı 34,2 milyon nəfər təşkil edir.