Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin


Digərləri 16 May 2019 08:43:00 206 0

Kiyevdə 2 yaşlı uşaq günlərlə valideynlərinin

Kiyevdə polislər daxil olmuş zəng əsasında getdikləri mənzildə dəhşətli mənzərənin şahidi olublar. 2 yaşlı qız bir neçə gün ölmüş valideynləri ilə birlikdə Pavel Tıçin prospektində yerləşən mənzildə, bağlı qapılar arxasında tək qalıb. Bu barədə izvestiya.ru məlumat yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, polisə uşağın nənəsi müraciət edib. O qızından xəbər ala bilmədiyini deyincə polislər verilən ünvana gəliblər. Qapı arxasından gələn kəskin iy polislərə qapını qırmağa səbəb verib.

Mənzildə 1985 və 1991-ci il təvəllüdlü ər-arvadın meyitləri, eləcə də onların 2017-ci ildə anadan olmuş qızları sağ vəziyyətdə tapılıb. Meyitlərin üzərində hər hansı zorakılıq əlaməti görünməyib. İlkin ehtimallara görə, azyaşlının valideynləri narkotik maddədən istifadə etdikləri üçün ölüblər.

Hazırda ekspertiza ər-arvadın ölüm səbəblərini araşdırır. Uşağın özünü yaxşı hiss etdiyi bildirilir.


Xəbərə aid fotolar