Apple rəhbərindən gözlənilməz təklif


Digərləri 16 May 2019 08:35:00 188 0

Apple rəhbərindən gözlənilməz təklif

"Apple" şirkətinin rəhbəri Tim Kuk informasiya texnologiyaları sahəsində məhdudiyyətlərin olmamasının cəmiyyətə böyük ziyan vurduğunu düşünür. O, ABŞ hakimiyyətini ötən il fərdi məlumatların mühafizəsi haqqında qaydalar qəbul edən Avropa İttifaqından nümunə götürməyə çağırıb.

Son.az ICTnews-a istinadən bildirir ki,  şirkət rəhbəri "Time 100" sammiti çərçivəsində verdiyi müsahibədə informasiya texnologiyaları sahəsində dövlət tənzimləməsini gücləndirməyə çağırıb.

"Texnologiyalar tənzimlənməlidir. Hazırda məhdudiyyətlərin olmamasının cəmiyyətə böyük ziyan vurduğu çoxlu nümunələr var", - T.Kuk "TIME" jurnalının baş redaktoru Nensi Qibbsə müsahibədə bildirib.

Onun fikrincə, ABŞ-ın tənzimləmə orqanları 2018-ci ildən fərdi məlumatların mühafizəsi haqqında qaydaların (General Data Privacy Regulations - GDPR) qüvvədə olduğu Avropadan nümunə götürə bilərlər. "GDPR ideal deyildir, lakin bu, düzgün istiqamətdə atılan addımdır", - o əlavə edib.

T.Kuk izah edib ki, bu yaxınlarda baş verən məlumat sızması və əcnəbilərin sosial şəbəkələr vasitəsilə seçkilər prosesinə təsiri texnologiyalar sahəsində daha diqqətli dövlət nəzarətinin qəbul edilməsini zəruri edir.