Hakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər


Dünya 16 May 2019 08:38:00 297 0

Hakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər

"Avroviziya-2019"  beynəlxalq mahnı müsabiqəsini translyasiya edən İsrail saytı naməlum şəxslərin hücumuna məruz qalıb.  

Son.az oxu.az-a istinadən bildirir ki, saytın direktorunun sözlərinə görə, hakerlər translyasiyanı əllərinə keçirmək istəyiblər, lakin bunun qarşısını almaq mümkün olub.

Buna baxmayaraq, bir neçə saniyə ərzində tamaşaçılar haker hücumunun şahidi ola biliblər: Tel-Avivdə partlayışları nümayiş etdirən kadrlar efirə gedib.