ABŞ və Polşa prezidentləri Vaşinqtonda danışıqlar aparacaq


Dünya 16 May 2019 08:03:00 267 0

ABŞ və Polşa prezidentləri Vaşinqtonda danışıqlar aparacaq

İyunun 12-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andjey Duda arasında ikitərəfli danışıqlar keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, danışıqlar əsnasında tərəflər müdafiə, təhlükəsizlik, energetika və ticarət məsələlərini müzakirə edəcəklər.

Məlumata əsasən, D.Tramp və A.Duda, ABŞ və Polşa arasında strateji tərəfdaşlığın inkişafı, müdafiə, təhlükəsizlik, enerji və ticarət məsələləri daxil olmaqla bir çox mövzu ətrafında müzakirə aparacaqlar.