Windows 10lu qurğuların sayı 900 milyonu ötüb


Digərləri 16 May 2019 08:05:00 246 0

Windows 10lu qurğuların sayı 900 milyonu ötüb

"Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən aktiv kompüterlərin ümumi sayı 900 milyonu ötüb. Bu barədə "Microsoft" korporasiyasının nümayəndələri Sietldə keçirilən "Build 2019" konfransında bildiriblər.   Son.az ICTnews-a istinadən bildirir ki, ABŞ istehsalçısının nümayəndələrinin sözlərinə görə, tezliklə istifadə olunan kompüterlərin əksər hissəsi "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Xatırladaq ki, "Windows 10" sistemi 2015-ci ildə buraxılsa da, kompüter istifadəçiləri uzun müddət "Windows 7" əməliyyat sistemindən imtina etmək istəməyiblər. 2018-ci ilin sonunda isə "Microsoft" korporasiyası "Windows 7" sisteminin 2020-ci ildə dəstəklənməsini dayandıracağını açıqlayıb.

"Net Applications" şirkətinin məlumatına görə, 2019-cu ilin aprelində "Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayı kompüterlərin ümumi sayının 36,43 faizini təşkil edib. Bundan başqa, "Windows 10" sisteminin payı 44,10 faizədək artıb.