Bakıdan Odessaya birbaşa uçuşlar başlayıb


Digərləri 16 May 2019 08:00:00 203 0

Bakıdan Odessaya birbaşa uçuşlar başlayıb

Mayın 16-da "Buta Airways" loukost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhəri - Odessaya birbaşa uçuşlara başlayıb

Bakı. Ceyhun Ələkbərov - Mayın 16-da "Buta Airways" loukost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhəri - Odessaya birbaşa uçuşlara başlayıb. Trend-in məlumatına görə, Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür. Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.