Suriyada atəş:8 nəfər həlak olub


Dünya 16 May 2019 07:45:00 277 0

Suriyada atəş:8 nəfər həlak olub

Suriyanın Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin bildirib.

Onun sözlərinə görə, atışmalar həmçinin Latakiya əyalətinin Haddada, Nəxşebba, Ruyeset-İskəndər, Cüb-əz-Zərur və Saraf, Ham əyalətinin Əl-Huaş və Skalbiya, Hələb əyalətinin Tell-Metvazi və Əl-Nayrab yaşayış məntəqələrində qeydə alınıb.

V.Kupçisin deyib: "Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində səkkiz Suriya vətəndaşı, o cümlədən iki uşaq həlak olub, on dinc sakin xəsarət alıb".