Tramp iyunda Cənubi Koreyaya səfər edəcək


Dünya 16 May 2019 07:35:00 403 0

Tramp iyunda Cənubi Koreyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp iyunun sonunda Koreya Respublikasına səfər edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, səfər zamanı D.Tramp ölkə prezidenti Mun Çje İnlə görüşəcək. Bu barədə Ağ evin mətbuat xidməti bildirib.

Məlumata əsasən, həmin vaxtda ABŞ prezidenti "G20" zirvə toplantısında iştirak edəcək.

Görüş zamanı iki ölkənin liderləri, ABŞ və Koreya Respublikası arasında ittifaqın gücləndirilməsi yollarını və iki ölkə xalqları arasında dostluq əlaqələrini müzakirə edəcəklər..

Qeyd edək ki, "G20" zirvə toplantısı iyunun 28-29-da Osakada keçiriləcək.