NyuYorkda helikopter təcili eniş etdi


Dünya 16 May 2019 07:25:00 241 0

NyuYorkda helikopter təcili eniş etdi

Mayın 15-də Nyu-Yorkda helikopter Qudzon çayının sularına təcili eniş etdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "ABC" telekompaniyası bildirib.

Məlumata əsasən, Nyu-York Polis İdarəsinin gəmiləri helikopteri pirslərin birinə tərəf aparıblar. Hal-hazırda onu sudan çıxarmağa çalışırlar.

Helikopterdə olan adamların sayı barədə məlumat verilməyib.