PS4 üçün hazırlanan oyun ləğv edildi VİDEO


Digərləri 16 May 2019 07:11:00 206 0

PS4 üçün hazırlanan oyun ləğv edildi  VİDEO

Sürətlə inkişaf edən "God of War" PS4-ə xüsusi bir oyun əlavə olunması layihəsininin icrasını dayandırdı.

Son.az chip.az-a istinadən bildirir ki, "Sony Santa Monica" Studiyası 2019-cu ildə BAFTA mükafatlarında"Ən Yaxşı Oyun" mükafatına layiq görülən "God of War"ın istehsalçısı olaraq tanınır. Studiya bu əfsanənin təqdim olunmasına yaxın başqa bir oyun üzərində də çalışırdı. Bu oyun şirkətin əvvəllər qarşılaşmadığı dərəcədə çətin və fərqli idi. Bununla da layihəyə yekun verilmədən ləğv edildi.

Bu layihənin kodu "Internal-7" idi. 3 il müddətində təkmilləşdirilən elmi fantastika oyunu "Internal-7" xüsusi olaraq PS-4 üçün təqdim olunacaqdı. Ancaq gözlənilmədən layihə dayandırıldı.  Prosesin gedişatı müddətində oyun üzərində işləyən bir çox şəxs öz işini itirdi.

"Sony Santa Monica" studiyasının "Raising Kratos" adlı yeni "God of War" sənədli filmi haqqında daha ətraflı məlumat elan olunub.  Beləliklə "Internal-7"  ləğv edildikdən sonra 100-dən çox şəxs bu komandaya əlavə olunub.

"Sony Santa Monica" nın prezidenti Shanon Studstill "Internal-7" ni "Sony"nin "itirilmiş arzu"  olaraq təsvir edir. Görünən odur ki, komandanın bu oyuna böyük ümidləri varmış.

Studiyanın "YouTube" kanalında "God of War"ın inkişaf prosesini  əks etdirən sənədli filmdə "Internal-7" yə aid konseptual hissələr də yer alır.


Xəbərə aid video