"Ayaks" 34-cü dəfə Hollandiya çempionatının qalibi oldu


Digərləri 16 May 2019 04:00:00 231 0

"Ayaks" 34-cü dəfə Hollandiya çempionatının qalibi oldu

Amsterdamın "Ayaks" futbol klubu Hollandiya milli çempionatının qalibi oldu. Klub 34-cü dəfə turniri qalibi olub

Bakı. Amsterdamın "Ayaks" futbol klubu Niderland milli çempionatının qalibi oldu. Klub 34-cü dəfə turnirin qalibi olub. Trend-in məlumatına görə, sonuncu turda "Ayaks" "De Qrafsxap" komandasına 4:1 hesabı ilə qalib gələrək 86 xal toplayıb və birinci yerdə qərarlaşıb. "PSV" mövsümü ikinci yerdə başa vurub və "Ayaksdan" üç xal geridə qaldı. Bürünc medalı "Feyenord" futbol klubu qazanıb (65 xal).