Tramp iyunda Çənubi Koreyaya səfər edəcək


Digərləri 16 May 2019 02:17:00 221 0

Tramp iyunda Çənubi Koreyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp iyunun sonunda Koreya Respublikasına səfər edəcək

Bakı. ABŞ prezidenti Donald Tramp iyunun sonunda Koreya Respublikasına səfər edəcək. Trend-in məlumatına görə, səfər zamanı D.Tramp ölkə prezidenti Mun Çje İnlə görüşəcək. Bu barədə Ağ evin mətbuat xidməti bildirib. Məlumata əsasən, həmin vaxtda ABŞ prezidenti "G20" zirvə toplantısında iştirak edəcək. Görüş zamanı iki ölkənin liderləri, ABŞ və Koreya Respublikası arasında ittifaqın gücləndirilməsi yollarını və iki ölkə xalqları arasında dostluq əlaqələrini müzakirə edəcəklər..