Günün qoroskopu: gərəkli bildiyiniz vasitələrdən istifadə edin


Digərləri 16 May 2019 00:01:00 294 0

Günün qoroskopu: gərəkli bildiyiniz vasitələrdən istifadə edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında qeyri-adi işin, rutin olmayan tapşırığın öhdəsindən gəlmək olar. Yorulmadan çalışa bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün mümkün qədər fəal olun. Ciddi məsələni qeyri-formal şəraitdə müzakirə etmək mümkündür. Avanqard, novator olun.

Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Yeni biznes-layihəyə başlamaq olar. Köhnə dostlar və həmfikirlərin yardımları istisna deyil.

Savadsız, bacarıqsız insanların "məsləhət"lərinə qulaq asmayın.

Buğa - rahatlıq, istirahət, əyləncə barədə fikirləri təxirə salın. Gəlirləri artırmaq şansları yaranır. Tələbatlar da çoxalır. Aktiv və enerjili olsanız, məqsədə daha tez çatacaqsınız. Tənbəllik etməyin.

Günün ikinci yarısında eyni vaxtda bir neçə işlə məşğul olmayın. Ailə üzvləri qarşısında məsuliyyət daşıdığınızı unutmayın. Sifarişi vaxtında yerinə yetirin, tapşırığı unutamyın.

Axşam saatlarına yaxın gərginlik artacaq. Şəxsi maraqlarınızı bir müddətə unudun.

Əkizlər - öhdəliklər və vədləri yerinə yetirmək zamanıdır. Bunu etməsəniz, kəskin mübahisə yarana bilər. Formallıqdan uzaq durun, sərbəst və azad qrafiklə çalışın.

Ünsiyyətdə səmimi olun. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Günün ikinci yarısında bütün enerjinizi işə sərf edin. Kollektiv tədbirlər üçün münasib zamandır. Dünyagörüşünüzü artıra biləcək nə varsa, xeyirdir. Novatorların ideyaları ilə tanış olun. Layihələriniz barədə həmfikir olduğunuz insanlara da danışa bilərsiniz.

Xərçəng - ənənəvi fəaliyyət metodları ilə artıq öyrəşdiyiniz vasitələrin effektivliyi azala bilər. Yaxın ətrafınızdakı insanların əhvalından xəbərdar olun.

Maddi imkanlarınız yol verərsə, yeni layihəyə başlaya bilərsiniz.

Günün ikinci yarısında xərclər artacaq. Korporativ maraqlar şəxsi istəkləri üstələyəcək və bununla barışmalı olacaqsınız. Gəlirlərin artırılması üçün innovasiyalara, yeniliklərə ehtiyacınız var. Fərdi potensialınızı göstərin. Təşəbbüskar olsanız, işdə rəhbərlik bunu dəyərləndirəcək.

Şir - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Qız - gərgin, amma maraqlı gün olacaq. İşlərin çox olması sizi qorxutmasın. Ruhdan düşməyin. Dəf edilməsi mümkünsüz sədd və ya maneə yoxdur. Əməyinizin nəticələrində maraqlı olun.

Həvəs və istəklə fəaliyyət göstərin.

Günün ikinci yarısında təcrübənizi artırın, faydalı biliklər və informasiya əldə edin. Bacarıqlarınızdan danışmaqdan çəkinməyin. Fərdi aktivliyi kollektiv əməklə uzlaşdırın. Texnika, elektronika, biliklərin qeyri-ənənəvi sahələri ilə bağlı olan məqamlar aktuallaşacaq. Eksperimentlərdən, innovasiyalı metodlardan qorxmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.