Bədəndən gələn qoxular nəyə işarədir? İNANILMAZ 5 SƏBƏB


Digərləri 15 May 2019 21:59:00 235 0

Bədəndən gələn qoxular nəyə işarədir?  İNANILMAZ 5 SƏBƏB

Hər bir insan bədəninin qoxusu var. Bu fərdidir və təbii qoxu adətən kəskin olmur. Məşqdən və ya soğan yedikdən sonra yaranan xoşagəlməz tər qoxusunun asanlıqla yox etmək olar. Lakin pis qoxular bəzən hər hansı xəstəliyin əlaməti ola bilər.

Bəs orqanizmdə müəyyən neqativ dəyişikliklər nəticəsində əmələ gələn xoşagəlməz qoxudan necə qurtulaq?

Son.az bu yazıda oxucuları bir neçə xəstəliyin əlaməti olan 5 bədən qoxusu ilə tanış edir.

1. Ağızdan gələn meyvə qoxusu diabet xəstəliyinin əlamətidir

"Ağız qoxularından necə xilas olmalı?" sualı çoxları üçün aktual mövzudur. Bəs bu qoxu turş meyvələrin dadına oxşayırsa? Tədbir görməyə dəyər!

Meyvə qoxusu diabetik ketoasidoz əlamətlərindən biri ola bilər. Ketoasidoz qanda xəstə keton səviyyəsinin, xüsusilə asetonun yüksək olduğundan xəbər verir. Bu, birinci tip diabet xəstəliyinə xasdır. Amma tip 2 diabetli xəstələrdə kifayət qədər insulin olmadığı üçün asetonun qanda artma riski ola bilər.

Bu, xəstənin həyatı üçün son dərəcə təhlükəli olan şəkər səviyyəsinin kəskin artmasına səbəb olur. Qanda yüksək asetonun olması vücudun kifayət qədər enerjiyə malik olmadığını göstərir və ehtiyatlarını artırmaq üçün parçalanan yağ turşularının biokimyəvi prosesi başlayır.

Bu, xoşagəlməz meyvə qoxusunun yaranmasına gətirib çıxarır. Bu qoxunu gigiyenik vasitələrlə aradan qaldırmağa çalışmayın, işə yaramayacaq. Xəstə insan başqası onu xəbərdar etməyənə qədər bu qoxunu özü hiss etməyə bilər.

Diabet xəstəliyi xoşagəlməz qoxu ilə bərabər digər simptomlarla müşayiət olunur: baş ağrısı, yorğunluq, bulanıq görmə, qarın ağrısı, iştahın itməsi və çəki itirmək.

Adətən xəstəlik vaxtında müalicə olmadıqda xoşagəlməz meyvə qoxusu təkcə nəfəslə hiss olunmur. Zamanla sidikdən və tərdən də asetonun qoxusu gəlməyə başlayır. Diabetik xəstə otağa daxil olan kimi uzaqdan xüsusi bir aroma hiss edilir. Hər hansı həkim belə bədən qoxusunun dərhal diabetin təhlükəli siqnalı olduğunu təyin edəcək.

Ağızda xüsusi meyvə qoxusu və diabetin xarakterik əlamətlərinə sahib olduğunuzu müşahidə etsəniz, dərhal həkimə müraciət edin. Müasir müalicə üsulları daha tez sağalmağa imkan verəcək və nəfəs qoxusunu bərpa etməyə kömək edəcək.

2. Xoşagəlməz ağız qoxusu gecə apnesinin əlamətidir

Gecə yatmazdan əvvəl dişlərinizi fırçalasanız da, səhər yuxudan duranda ağızdan xoşagəlməz qoxular hiss oluna bilər. Bu əlamətdən əziyyət çəkən insanlar xoşagəlməz qoxunu daha asan və tez yolla aradan qaldırmağa çalışır. Ancaq onlar bilmir ki, səhər saatlarında ağızda yaranan pis qoxu yuxu apnesinin əlaməti oa bilər. Bu, onu göstərir ki, onlar yuxuda nəfəsin qısa müddətli kəsilməsindən əziyyət çəkir.

Bu əlamətə əsasən insan yuxuda nəfəs almağı dayandırır. Nəfəs dayanması 10 və daha çox saniyə davam edə və gecə ərzində bir neçə dəfə təkrarlana bilər. Bütün gecə boyu nəfəs kəsilir və səhər yuxudan oyanan insan özünü əzgin, yorğun hiss edir və yuxudan doymur. Bu əlamətləri pis ağız qoxusu müşayiət edir. Ümumuyyətlə, belə adamlar gecələr xoruldayır və ağzı ilə nəfəs alır. Odur ki, ağızdan nəfəs almaq quruluğa və bakteriyaların böyüməsinə səbəb olur. Nəticə etibarı ilə ağızdan pis qoxular gəlməyə başlayır.

Soruşa bilərsiniz ki, belə ağız qoxusunu necə yox etmək olar. İlk növbədə səbəbini müəyyələnləşdirin. Yuxu apnesindən əziyyət çəkib çəkmədiyinizi öyrənin. Əks halda bu xəstəlik uzunmüddətli müalicə tələb edə bilər. Axı yuxuda nəfəs problemləri sadəcə əhval-ruhiyyinizə və məhsuldarlığa deyil, vaxt keçdikcə ürək və beyin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.

Əgər səhərlər xoşagəlməz nəfəs qoxusu daimi simptoma çevrilibsə, həkimə müraciət etmək lazımdır. Bu, sağlamlıq problemlərinin olduğunu açıq şəkildə göstərir və o, yalnız yuxu apnesinin deyil, digər xəstəliklərin də təzahürüdür. Vaxtında diaqnoz həm xəstəliyi müalicə edəcək, həm də həyatınızı yaxşılaşdıracaq.

3. Xoşagəlməz ayaq qoxusu simptonları