Azərbaycan Rusiya və BƏƏyə tekstil ixrac edəcək


Digərləri 15 May 2019 21:11:00 250 0

Azərbaycan Rusiya və BƏƏyə tekstil ixrac edəcək

Bakı Tekstil fabrikinin məhsulu "Alpar" və "Banu" ticarət markaları ilə ixrac olunacaq.

Son.az bildirir ki, bunu Trend-ə fabrikin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir:

"Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb".

Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb:

"Biz müxtəlf məhsul nümunələrini BƏƏ-yə göndərmişik və indi nəticələri gözləyirik".