Filmlərdə yaşayan musiqi FOTO


Kriminal 15 May 2019 21:20:00 58 0

Filmlərdə yaşayan musiqi  FOTO

Bu gün görkəmli bəstəkar Rauf Hacıyevin anadan olmasından 97 il ötür

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum günüdür.

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini "Tarantella", "Dağıstan", "Ləzgihəngi" dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə, bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və sair mahnıları daha çox populyarlıq qazanır.

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur" olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı "Azərbaycanfilm" kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Bəstəkarın maraqlı operettalarından biri "Mənim məhəbbətim - Kuba"dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə - bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. "Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi-ictimai qayəli operetta yaratmağa nail olub.

Təqdirəlayiqdir ki, "Qafqaz əsiri" operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.


Xəbərə aid fotolar

Putin: Rusiya ABŞla dialoqa hazırdır, söz Vaşinqtonda... like
  • 15 May 21:17  
Dünya Putin: Rusiya ABŞla dialoqa hazırdır, söz Vaşinqtonda...

Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.

arrow Ətraflı
Azərbaycan Rusiya və BƏƏyə tekstil ixrac edəcək like
  • 15 May 21:11  
Digərləri Azərbaycan Rusiya və BƏƏyə tekstil ixrac edəcək

Bakı Tekstil fabrikinin məhsulu "Alpar" və "Banu" ticarə

arrow Ətraflı
Rumıniyada güclü yağışlar səbəbindən "sarı" təhlükə kodu elan olunub like
  • 15 May 21:08  
Dünya Rumıniyada güclü yağışlar səbəbindən "sarı" təhlükə kodu elan olunub

Rumıniyanın yeddi rayonunda güclü yağış və dolu səbəbindən "sar

arrow Ətraflı
Ukraynanın məğlubiyyəti qaçılmazdır like
  • 15 May 21:05  
Dünya Ukraynanın məğlubiyyəti qaçılmazdır

Rusiyalı senator Aleksey Puşkov Ukraynanın Moskvaya qarşı növbəti sanksiy

arrow Ətraflı
İsrailli politoloq: İrana qarşı sanksiyalardan Moskva qazanacaq like
  • 15 May 20:59  
Dünya İsrailli politoloq: İrana qarşı sanksiyalardan Moskva qazanacaq

Son.az israilli politoloq Yuri Boçarovun Oxu.az-a verdiyi müsahibəni təqdim

arrow Ətraflı
Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək like
  • 15 May 20:58  
Digərləri Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək

Bakı Tekstil fabrikinin məhsulu “Alpar” və “Banu” ticarət markaları

arrow Ətraflı
Dünyanın ən etibarsız maşınları like
  • 15 May 20:54  
Digərləri Dünyanın ən etibarsız maşınları

ABŞ-ın "J.D.Power" şirkəti 3 yaşdan böyük olan ən etibarlı av

arrow Ətraflı
“Məni divara dirəyib…”  Dostunun azyaşlı qızını zorladı like
  • 15 May 20:49  
Dünya “Məni divara dirəyib…” Dostunun azyaşlı qızını zorladı

Türkiyənin Antalya şəhərində B.T. adlı şəxs dostunun azyaşlı qızına

arrow Ətraflı
Sərhəddə çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanılıb like
  • 15 May 20:41  
Digərləri Sərhəddə çörək bağlamasında 2,36 milyon dollar daşıyan şəxs saxlanılıb

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Milək sərhəd

arrow Ətraflı
Hindistanda ticarət mərkəzində partlayış like
  • 15 May 20:39  
Dünya Hindistanda ticarət mərkəzində partlayış

Hindistanın şimal-şərqində, Quvaxati şəhərində partlayış olub.

arrow Ətraflı
Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq like
  • 15 May 20:34  
Digərləri Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq

"Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət&

arrow Ətraflı
Kaş İlhamə Quliyeva sağ olub, mənə haqsızlıq edərdi” like
  • 15 May 20:29  
Şou-biznes Kaş İlhamə Quliyeva sağ olub, mənə haqsızlıq edərdi”

Əməkdar artist Elza Seyidcahan "Şou ATV" proqramında qonaq olub.

arrow Ətraflı
Naxçıvanda pivə istehsalı artırılacaq like
  • 15 May 20:24  
Digərləri Naxçıvanda pivə istehsalı artırılacaq

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Prestij Naxçı

arrow Ətraflı