Rumıniyada güclü yağışlar səbəbindən "sarı" təhlükə kodu elan olunub


Dünya 15 May 2019 21:08:00 255 0

Rumıniyada güclü yağışlar səbəbindən "sarı" təhlükə kodu elan olunub

Rumıniyanın yeddi rayonunda güclü yağış və dolu səbəbindən "sarı" təhlükə kodu elan olunub. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə meteorologiya xidməti xəbər verir. Ölkənin Mehedintz, Qorj, Vılça, Kalaraş-Severin, Timiş və Hunedoara regionlarında hava şəraitinin kəskin dəyişməsi: güclü yağış, külək, ildırım və dolu olacağı gözlənilir.